Azərbaycanda 10 mindən artıq dərman preparatının qiyməti dövlət tərəfindən tənzimlənir

OXUNUB: 836 İQTİSADİYYAT

"Azərbaycanda qeydiyyatda olan bütün dərman preparatlarına Tarif Şurası tərəfindən vahid qiymət qoyulub”.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

O bildirib ki, bu məsələ rotasiya olunan, təkmilləşən prosesdir. E. Ağayevin sözlərinə görə, bəzi dərman preparatlarının qeydiyyatının vaxtı bitir, Azərbaycanda yeni dərman preparatları qeydiyyata düşür: "Bu proses daim davam etdirilir. Artıq Azərbaycanda qeydiyyatda olan 10 mindən çox dərman preparatının qiyməti dövlət tərəfindən tənzimlənib”.

Nazir müavini Azərbaycanda xarici ölkələrin dərman zavodlarının tikintisi məsələsinə də aydınlıq gətirib. E. Ağayev qeyd edib ki, ötən il İranın dərman zavodunun təməli qoyulub və işlər davam etdirilir: "İranla yanaşı Rusiya tərəfinin də dərman zavodu inşa edilir. Bundan əlavə, Yaponiya və Koreya mütəxəssislərinin birgə şirkəti yaradılıb. Bu şirkət şprislərin istehsalı ilə məşğul olacaq”.

 İcmal.Az

RƏYLƏR