“Azərbaycanda aqrar sahənin texniki resurslarla təminatı: nəticələr, perspektivlər” mövzusunda onlayn elmi-praktik konfrans

OXUNUB: 461 İQTİSADİYYAT

Sizi Azərbaycan Dövlət Aqrar Universitetinin təşəbbüsü ilə keçirilən"Azərbaycanda aqrar sahənin texniki resurslarla təminatı: nəticələr, perspektivlər” mövzusunda onlayn elmi-praktik konfransda iştiraka dəvət edirik.

Konfransın məqsədi: Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika, maşın və avadanlıqlarla təminatının yaxşılaşdırılması və aqroservis xidmətləri bazarının inkişaf etdirilməsi prioritetindən irəli gələn vəzifələrin yerinə yetirilməsi vəziyyətinin müzakirəsi, sahənintexniki resurslarla təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən sistemli tədbirlərin qiymətləndirilməsi və  elmi cəhətdən əsaslandırılmış təkliflərin verilməsindən ibarətdir. 

Konfransın bölmələri:

  • Aqrar sahənin maddi-texniki resurslar bazarının inkişafı;
  • Aqroservisxidmətləribazarınıninkişafı;
  • Kənd təsərrüfatı texnikalarının lizinqi və güzəştli şərtlərlə satışı;
  • Aqrotexniki xidmətlər və avadanlıqlara texniki qulluğun təşkili;
  • Aqrar sahədə resursqoruyucu və innovativ texnikalardan istifadə;
  • Yeni lizinq qaydalarının istehsalın iqtisadi səmərəliliyinə təsiri;
  • Aqromühəndislik sahəsində kadr hazırlığı sisteminin təkmilləşdirilməsi;
  • Texniki resursların yerli istehsalının stimullaşdırılması.

 

Konfransın keçirilmə tarixi: 02 iyun 2020-ci il saat 15:00

Konfransa qoşulmaq üçün bu linkə daxil olun:https://m.teamlink.co/8957339393

 

Ünvan: AZ 2000, Azərbaycan Respublikası, Gəncə şəhəri, Atatürk prospekti 450, Azərbaycan Dövlət Aqrar Universiteti, İnzibati bina, Elm şöbəsi, otaq 17.

Tel: (+99422) 266 23 85; 266 57 33

E-mail: [email protected]

             www.adau.edu.az

RƏYLƏR