Azərbaycanda ata fəhlə işləyən 23 yaşlı qızını baltaladı – YENİLƏNİB

OXUNUB: 746 HADİSƏ

Dünən Şəmkir rayonunda atanın 23 yaşlı qızını baltalaması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. 

İcmal.Az Lent.az-a istinadən xəbər verir ki, Çaparlı kəndində yaşadığı evdə atası İsmayıl Əhmədov tərəfindən amansızlıqla döyülən və başına balta ilə xəsarətlər yetirilən 23 yaşlı Nuranə bir müddət əvvəl ailə həyatı qursa da, sonradan boşanıb. 1 körpə uşağı ilə ata evinə qayıdan gənc qadın kənddəki istixanalarda fəhlə işləyirmiş.

Hadisəni törədən İ.Əhmədov isə əvvəllər məhkumluq həyatı yaşayıb. Nevroz xəstəsi olan həmin şəxs dəfələrlə həyat yoldaşını, oğlunu və qızını döydüyü üçün polis şöbəsinə aparılıb.

Dünənki hadisənin səbəbinə gəldikdə isə, ailə üzvləri atasının Nuranəyə səbəbsiz yerə, boş bir şeyin üstündə əsəbiləşdiyini və bundan sonra döyüb-öldürmək istədiyini deyiblər. İ.Əhmədov qaçdığından onu tutmaq mümkün olmayıb.

***

09.10.2017

Şəmkirdə ata qızına balta ilə ağır xəsarət yetirib.

İcmal.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Çaparlı kəndində qeydə alınıb.

1994-cü il təvəllüdlü Əhmədova Nuranə İsmayıl qızı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğunu bildirilir.

Faktla bağlı araşdırma aparılır. 

İcmal.Az

RƏYLƏR