Azərbaycanda bələdiyyə sədri özünü öldürdü

OXUNUB: 727 HADİSƏ

Şəkidə bələdiyyə sədri özünü asıb.

İcmal.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Şəkinin Qoxmuq kənd bələdiyyəsinin sədri Fətəli Lütfəli oğlu Rüstəmovun meyiti kənd ərazisində köhnə tikilidə asılmış vəziyyətdə tapılıb.

1971-ci il təvəllüdlü F.Rüstəmov evli olub, iki övladı var.

Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət içi başlayıb, araşdırma aparılır. 

 

İcmal.Az

RƏYLƏR