Azərbaycanda İcra Hakimiyyəti üçün yeni inzibati binanı kim tikir? — 3,6 MİLYONA

OXUNUB: 1281 GÜNDƏM İQTİSADİYYAT

Şəki şəhər İcra Hakimiyyətinin elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.


Yeniavaz.com açqılanan rəsmi məlumatlara istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi olan  "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC İcra Hakimiyyəti üçün yeni inzibati bina tikəcək. Bu məqsədlə İcra Hakimiyyəti "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-yə 3 milyon 624 min 820 manat ödəyəcək. 


Satın alınan işlərin başlanma vaxtı 05.06.2020-ci il tarixi, bitmə vaxtı isə 31.12.2020-ci tarixi göstərilir. Belə görünür ki, ASC İcra Hakimiyyətinin yeni inzibati binasını 7 ay ərzində tikib başa çatdıracaq.


Qeyd edək ki, Şəki şəhər İcra Hakimiyyəti aprel ayında daha bir tender müsabiqəsinin qalibini açıqlayıb. Şəki Səyyar Təmir Tikinti İdarəsi Şəki şəhər İcra Hakimiyyətinin hazırkı inzibati binasında cari təmir işləri görəcək və bunun qarşılığında 11 min 799 manat alacaq. Hazırkı inzibati binanın təmiri isə yeni binanın tikintisinə paralel – 28.02.2020 – 31.12.2020-ci il tarixlərində icra olunacaq.


Məlumat üçün bildirək ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC 26.12.2006-cı il tarixində dövlət qeydiyyatına alınıb. ASC-nin qanuni təmsilçisi Həmidov Bürhan Əhməd oğlu, Müşahidə Şurasının sədri isə Vəliyev Dərya Müsəllim oğludur. 

Nizamnamə kapitalı  75 milyon 594 min 365 manat olan şirkətin rəsmi veb-səhifəsində Azərbaycan, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Türkiyədə böyük infrastruktur inşaat layihələri üzərində işlədiyi yazılır. Həmçinin qeyd olunur ki, Frankfurt şəhərində (Almaniya) Korporasiyanın nümayəndəliyi də var.


Qeyd edək ki, bir-neçə il əvvəl açıqlnan audit hesabatlarında şirkətin əsas səhimdarı kimi Əşrəf Kamilov göstərilib. Əşrəf Kamilov eyni zamanada "Synergy Group” MMC-nin təsisçisi olub. Ə. Kamilov həm də "AtaHoldinq” MMC-nin Müşahidə Şurasının üzvüdür. 


O, bu yaxınlarda ləğv olunan "AtaBank” ASC-nin səhmlərinin 9,3%-nə sahib olub. Kamilovun həm də  "VIP Estate” MMC vasitəsilə "Akkord Sənaye-Tikinti İnvestisiya Korporasiyası” ASC-nin səhmlərinin 51 faizinə nəzarət etdiyi bilirilir.


 

 

7News.Az

RƏYLƏR