Azərbaycanda insan alveri - 8 cinayətkar qrup zərərsizləşdirilib

OXUNUB: 592 HADİSƏ

İnsan alverinin və bu cinayətin qurbanlarının müəyyən edilməsi üzrə Milli Fəaliyyət Planı əsasında 2017-ci ildə görülən işlər çərçivəsində 142 insan alveri və 6 məcburi əmək cinayəti müəyyən edilib, 17 nəfərdən ibarət 8 cinayətkar qrup zərərsizləşdirilib. 

Daxili İşlər Nazirliyindən  İcmal.Az-a verilən məlumata görə, bunu Daxil İşlər naziri, general-polkovnik Ramil Usubov nazirlikdə keçirilən Kollegiya iclasında bildirib. 

Nazir qeyd edib ki, qurbanların müdafiəsi, hüquqlarının bərpası və sosial reabilitasiyası üzrə fəaliyyət çərçivəsində 71 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib.

İcmal.Az

RƏYLƏR