Azərbaycanda minlərlə diri atı ətlik kimi xaricə satıblar — SAYI + QİYMƏTİ

OXUNUB: 870 İQTİSADİYYAT

Bu il Azərbaycandan xarici ölkələrə 195 baş diri at (fevral ayında 193 baş, mart ayında 2 baş) satılıb.


Yeniavaz.com-un açıqlanan sonuncu rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, xaricə satılan 1 baş atın gömrük dəyəri 276 manat (162 dollar) olub.


Məlumat üçün bildirək ki, Azərbaycanda diri atların ixracına 2016-cı ildən başlanılıb. At idxalı əsasən at ətindən qida olaraq istifadə olunan Orta Asiya ölkələrinə ixrac olunur. 2016-cı ildə Azərbaycan 1155 baş at ixrac edib. İxrac olunan 1 baş atın dəyəri 141 dollar olub. Atların 1120 başı Qazaxıstana, 35 başı isə Qırğızıstana satılıb.


2017-ci ildə diri atların ixracı rekord səviyyəyə yüksəlib. İl ərzində Qazaxıstana 7619 baş diri at satılıb. Bir baş atın qiyməti 148 dollar olub.


Bundan başqa 2018-ci ildə 2071 baş, 2019-cu ildə isə 461 baş diri at ixrac edilib. 2018-ci ildə atlar əsasən (2029 baş) Qazaxıstana,  2019-cu ildə isə əsasən (404 baş).

 
İcmal.Az

RƏYLƏR