Azərbaycanda növbədənkənar parlament seçkiləri də keçirilə bilər? - Zahid Oruc

OXUNUB: 743 SİYASƏT
Azərbaycanda 2016-cı il 26 sentyabr tarixində keçirilmiş sonuncu referendumla Konsitusiyaya edilmiş dəyişikiyə əsasən, ölkə başçısına növbədənkənar parlament və prezident seçkiləri təyin etmək səlahiyyəti verildi. Fevralın 5-də Azərbaycan pezidenti İlham Əliyev növbədənkənar prezidenti seçkilərinin keçirilməsi haqqında sərəncam imzaldı. Aprelin 11-də isə növbədənkənar prezidenti seçkiləri keçirildi. Bəs, görəsən, Azərbaycanda nöbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalı varmı?
 
Məsələ ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsiz və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc BNEWS.az-a açıqlama verib.

Deputat bildirib ki, parlamentin bu gün dövlət quruculuğunda ikinci hakimiyyət qolu kimi üzərinə vacib missiya düşür. Həm də xarici əlaqələrin formalaşmasında parlament mühüm yer tutur. Belə olan təqdirdə ali icra hakimiyyəti orqanının formalaşması prosesinin davamı kimi, digər hakimiyyət qollarına da ictimai etimadı müəyyənləşdirmək üçün yeni seçkilərin təyin edilməsi çox ağır prosesdir və yüz minlərlə aktiv insanın mənafe davası ölkənin daxili havasını dəyişdirə bilər. Amma onu da yaxşı dərk edirəm ki, öz idealı üstünə ləkələr atılan bir parlament üzvü, ya məmur səsini çıxarmayıb susursa, yalnız mövsümi kampaniyalara yarayırsa, prezidentin 7 illik bir dönəmdə seçdiyi strateji kursun mahiyyətini dərk etməkdə acizlik göstərirsə, onu yükə çevirmədən əvəzləmək lazımdır. Deməli, yeniləşmə kursu zamanın tələbidir. Lakin onun da öz vaxtı var”.
 
İcmal.Az

RƏYLƏR