Azərbaycanda orta məktəb müəllimi intihar etdi

OXUNUB: 868 HADİSƏ

Qusarda intihar olub.

1984-cü il təvəllüdlü Mahir Məybulla oğlu Əhmədov yaşadığı evdə özünü asıb. 

M.Əhmədov ali təhsilli olub və orta məktəblərdən birində müəllim işləyirmiş. Bir müddət əvvəl onun səhhətində problemlər yaranıb, eləcə də psixi durumu pisləşib. Bu səbəbdən də məktəbdə işini davam etdirə bilməyib.

2 uşaq atası olan M.Əhmədov ötən gecə yaşadığı evin həyətində özünü asıb. Səhər saatlarında ailə üzvləri onun asılı vəziyyətdə qalmış meyitini aşkarlayıb./lent

 

İcmal.Az

RƏYLƏR