Azərbaycanda QANLI OLAY: Bacısının ərini bıçaqladı

OXUNUB: 527 HADİSƏ
Hacıqabul rayonunda bıçaqlanma hadisəsi olub.

İcmal.Az apa-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Hacıqabul rayonunun Talış kəndində qeydə alınıb. Kənd sakini, 1979-cu il təvəllüdlü Hüseynov Yaşar Ağahüseyn oğlu sərxoş vəziyyətdə bacısının həyat yoldaşını, həmin kəndin sakini olan 1973-cü il təvəllüdlü Yusifov Zaur Rizvan oğlunu bıçaqlayıb.

Bel nahiyəsindən bıçaq xəsarəti alaraq çoxlu qan itirən Z. Yusifov Şirvan şəhər xəstəxanasına yerləşdirilib, əməliyyat olunub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Y. Hüseynov saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
 

İcmal.Az

RƏYLƏR