Azərbaycanda tələbə oğlan bu mesajı yazıb özünü öldürdü - MEYİTİN ÜSTÜNƏ ANASI GƏLDİ

OXUNUB: 895 SOSİAL HADİSƏ
Dünən Salyan rayonunun Xıdırlı kəndində baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. 

İcmal.Az lent.az-a istinadən xəbər verir ki, özünü asaraq intihar edən 21 yaşlı Əsədov Emin Mehman oğlu Rusiya universitetlərindən birində qiyabi təhsil alırmış. O, atasına məxsus olan karyerdə ona kömək edirmiş. 

Bildirilir ki, hadisədən əvvəl 21 yaşlı Eminlə atası arasında hələlik dəqiqləşməmiş səbəbdən münaqişə yaranıb. Bundan sonra o, atasına mesaj olaraq "Ata mən getdim" sözlərini yazıb. Daha sonra yaşadığı evdə özünü asan gəncin meyitini anası aşkarlayıb.

Faktla bağlı Salyan rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
 
 
İcmal.Az

RƏYLƏR