Şəhid Səbuhi Əhmədovun qardaşına qarşı "videotəxribat" edənlər cəzalandırılacaq - BAŞ PROKURORLUQ

OXUNUB: 375 Özəl SOSİAL HADİSƏ

Baş Prokurorluğun Mətbuat Xidmətindən 7NEWS.az-ın sorğusuna verilən cavaba görə Sənan Əhmədovun şəhid qardaşı Səbuhi Əhmədovun hərbi xidmət yerinə dəyişmək üçün bankdan kredit götürərək rüşvət verməsi barədə fikirlərinin əks olunduğu sosial şəbəkələrdə yayılmış video, həmçinin sonradan həmin cinayət xarakterli məlumatların təkzib edilməsi ilə bağlı səsləndirdiyi fikirlərin qeydə alındığı digər video üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün prokurorluq orqanları tərəfindən əhəmiyyət kəsb edən bütün hallarla tam və hərtərəfli araşdırma aparılır. 
Hər iki xüsusat üzrə təqsiri müəyyən ediləcək şəxslərin məsuliyyətə cəlb edilməsi təmin ediləcəkdir. 
Media nümayəndələri, habelə sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırılır ki, aparılan araşdırma ilə bağlı rəsmi mənbələrlə dəqiqləşdirilməmiş məlumatların yayılması yolverilməzdir və qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur. 
Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Məlumat üçün qeyd edək ki, sözügedən video ilə bağlı Müdafiə Nazirliyi də təkzib məlumatı verib. Məlumatda deyilir: "Müdafiə Nazirliyi qətiyyətlə bildirir ki, sosial şəbəkələrdə paylaşılan videogörüntülərlə heç bir əlaqəsi yoxdur. Müdafiə Nazirliyi yalnız qarşıya qoyulmuş döyüş tapşırıqlarının icrası, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyinin qorunub saxlanılması üzrə müvafiq vəzifələri yerinə yetirən dövlət qurumudur.

Müdafiə Nazirliyi şəhidlərimizə və onların ailə üzvlərinə daim xüsusi həssaslıqla yanaşır. Hesab edir ki, şəhidlərimizlə bağlı sosial şəbəkələrdə xoşagəlməz müzakirələrin aparılması müzəffər Ordumuzun nüfuzuna xələl gətirir və yolverilməzdir."


RƏYLƏR