Metro keçidlərində ticarət qadağası nədən “20 Yanvar"a aid edilmir?

OXUNUB: 346 SOSİAL HADİSƏ
Uzun müddətdir ki, metro keçidlərində ticarət qadağan edilib. Lakin nədənsə, həmin qadağa hələ də metronun "20 Yanvar" stansiyasına şamil edilməyib. Bu stansiyada hər gün şıdırğı ticarət gedir və belədə əhalinin rahat şəkildə metroya giriş-çıxışına əngəl yaranır. 

Maraqlıdır ki, müvafiq qurumlar da "20 Yanvar” stansiyasında davam edən bu qanun pozuntusuna göz yumurlar. 

"Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov sözügedən stansiya ətrafında ticarət obyektlərinin işləməsinin səbəbini həmin ərazinin metroya aid olmaması ilə izah edib.

Bakı Şəhər İcra Hakimiyyəti də sözügedən ticarət obyektlərinin quruma aidiyyəti olmadığı bildirir. 

 
Nədən digər keçidlərdə ticarət obyektləri yığışdırılsa da, "20 Yanvar” keçidində bunun əksi davam edir?

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli düşünür ki, həmin obyektlərin hansı şərtlərlə orada çalışdığı barədə rəsmi açıqlama verilməlidir:
 
 

"Məsələni çözmək üçün düşünürəm ki, həmin obyektlərin arxasında kimin durduğu və yaxud müqavilələrin hansı şərtlərlə bağlandığını araşdırmaya ehtiyac var. İstənilən halda Azərbaycanda gediş-gəliş çox olan gəlirli yerlərdə ticarət obyektlərinin açılmasının rəsmi ya da qeyri-rəsmi müqavilələr və danışıqlardan asılı olduğu heç kimə sirr deyil. Ona görə də ilk növbədə həmin ticarət obyektlərinin kimə məxsus olduğu və hansı müqavilə şərtlərilə çalışdığını öyrənmək lazımdır. Ondan sonra müqavilə varsa, onun şərtlərinə baxmaq lazımdır. Heç bir müqavilə olmadan, kimlərinsə danışığı ilə fəaliyyət göstərirlərsə, bu, əlbəttə, qanunvericiliyin pozulmasıdır. Əsində, qanunla belə yerlərdə ticarətin həyata keçirilməsi qadağan deyil. Sadəcə, qanunauyğun şəkildə həyata keçirilməlidir”./qaynarinfo

RƏYLƏR