Azərbaycanın əməkdar artisti qaydaları belə pozdu – VİDEO

OXUNUB: 647 ŞOU-BİZNES
Azərbaycanın əməkdar artisti, sevilən müğənnilərdən olan Abbas Bağırov yolda intizamsızlıq edib və bunu videoya çəkərək sosial şəbəkələrdə paylaşıb. 

İcmal.Az avtosfer.az-a istinadən xəbər verir ki, müğənni, bacısı uşağını avtomobilin ön oturacağında otuzduraraq onunla bəzi dialoqlarını videoya çəkib. Videodan məlumdur ki, ön oturacaqda oturan uşaq 12 yaşdan aşağıdır. Bizim qanunvericilik isə 12 yaşdan aşağı olan uşaqların ön oturacaqda yalnız xüsusi uşaq kreslosu ilə oturmasına icazə verir. 

Bundan əlavə müğənni, avtomobilin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə edir.

İctimaiyyət arasında məşhurluq qazanmış bu cür şəxslər ilk növbədə qaydaları pozmamalıdır və öz hərəkətləri ilə cəmiyyətə nümunə olmaldırlar.

 
İcmal.Az

RƏYLƏR