Azərbaycanın qadın voleybolçuları Avropa çempionatını dördüncü sırada başa vurdular – FOTO + YENİLƏNİB

OXUNUB: 836 SİYASƏT

Azərbaycan prezidenti İlham Əliyev voleybolçularımızın oyununa baxıb.

Bu gün qadın voleybolçular arasında Avropa çempionatında bürünc medal uğrunda görüş keçirilib.

İcmal.Az-ın məlumatına görə, çempionatda bürünc medal uğrunda görüşdə Azərbaycan və Türkiyə yığmaları qarşılaşıb.

Azərbaycan prezidenti İlham Əliyev voleybolçularımızın oyununa baxıb.

Türkiyə yığması görüşdə Azərbaycan millisinə 3:1 hesabı ilə qalib gəlib və bürünc medalın sahibi olub.

 

16:39

Qadın voleybolçular arasında Avropa çempionatında bürünc medal uğrunda görüş keçirilir.

İcmal.Az xəbər verir ki, çempionatda bürünc medal uğrunda görüşdə Azərbaycan və Türkiyə yığmaları qarşılaşırlar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev voleybolçularımızın oyununa baxır.

Qızıl medal uğrunda görüşdə isə Serbiya və Niderland milliləri üz-üzə gələcəklər.

 

İcmal.Az

RƏYLƏR