Azərbaycanın tanınmış təşkilat sədri Gürcüstana buraxılmadı

OXUNUB: 784 SİYASƏT

Borçalı İctimai Cəmiyyətinin sədri Kərəm Məmmədov Gürcüstana buraxılmayıb.

 Bu barədə ölkə.az-a Kərəm Məmmədov özü məlumat verib.

O, iyulun 29-da ailə üzvləri ilə bərabər Gürcüstan sərhədini keçmək istəyən zaman bu ölkəyə buraxılmadığını söyləyib:

"Anam uzun illərdir ki, xəstədir. Ailə üzvlərimlə bərabər onu ziyarət etmək üçün Gürcüstana getmək istəyirdim. Ancaq Gürcüstan gömrükçüləri məni ölkəyə buraxmadılar. Ailə üzvlərimi buraxsalar da, onları mən geri qaytardım. Gömrükçülər səbəb kimi də dedilər ki, Gürcüstan hökuməti məni görmək istəmir. Məsələ ilə bağlı Azərbaycanın Gürcüstandakı Səfirliyinə də müraciət etmişəm”.

K.Məmmədov Gürcüstana buraxılmamasına səbəb görmədiyini deyib:

"Gürcüstana buraxılmamam üçün hər hansı səbəb görmürəm. Mən Gürcüstanın ərazi bütövlüyünü daim dəstəkləmişəm, daxili işlərinə qarışmamışam, hər zaman Gürcüstanın müstəqilliyini arzu etmişəm. İndi nə üçün məni bu ölkəyə buraxmırlar, müəmmalıdır”./ölkə

 

İcmal.Az

RƏYLƏR