Son zamanlar bir neçə serial və filmlərdə yer alan akteisa Nəsrin Cavadzadə bundan sonra modellik də edəcək.
İcmal.Az xarici KİV-ə istinadən məlumat verir ki, aktrisaya modellik etməsi üçün təkliflər yağır. Nəsrin artıq bu təklifləri dəyərləndirəcəyini deyib:
"Əvvəl çox təəccüblənmişdim. Daha sonra təkliflərin artması məni sevindirdi. Sevdiyim markanın təqdimatı üçün podiuma çıxaram. Təklifləri dəyərləndirəcəm”.
Qeyd edək ki, aktrisa bir müddətdir Türkiyədə yaşayır.
İcmal.Az