"Azərişıq ASC"-də məhkumluğu olan məmur kimdir? - Rauf Əhmədov yeni revanşa hazırlaşır!

OXUNUB: 554 GÜNDƏM İQTİSADİYYAT
"Azərişıq ASC"-nin Enerji Satış Departamentinin direktor müavini Rauf Əhmədovun məhkumluğu faktı üzə çıxıb.
Bu barədə "Demokratik.Az"-ın əldə etdiyi bilgiyə görə, hazırda "Azərişıq ASC"-də Enerji Satış Departamentinin direktoru Elçin Dadaşovun müavini vəzifəsini icra edən Rauf Əhmədov əvvəllər xuliqanlıq maddəsi ilə tutulub və bu barədə özünün DOSYEsində bütün halların gizlədilməsinə nail olub. 
Əldə etdiyimiz məlumatlarda bildirilir ki, iş ortamında özünü hətta normal məmur kimi apara bilməyən Rauf Əhmədov cəmiyyətdə quldurluğu və dələduz davranışları ilə əməlli-başlı ad qazanan keçmişə sahibdir. Məhbusluğu və mənfi xarakteristikası olmasına baxmayaraq, keçmişi belə qaranlıq və kriminal birinin mötəbər vəzifə tutması isə artıq müəmmalara yol açır.  
Son illərdə ölkənin Enerji sektorunda bu qədər inkişafa paralel olaraq hansısa məhkumluğu olan Rauf Əhmədovun ASC-nin idarəçiliyində yüksək vəzifədə işləməsinə xüsusi şəraitin yaradılması yalnız təəssüf doğurur.
Aldığımız digər bilgiyə görə, hətta adıçəkilən bu şəxs tezliklə "Azərenerji ASC"-nin onurğa sütunu olan Nəzarət Departamentinə rəhbərlik etmək üçün növbəti revanşa hazırlaşır.
İki il azadlığı məhdudlaşdırılan Rauf Əhmədovun Azərişıq ASC-nin sədr müavini Ramil Yusifov tərəfindən himayə edildiyi bildirilir. 
Keçmiş məhkumun sözügedən vəzifələrə məhz Ramil Yusifov tərəfindən irəli çəkildiyi və Rauf Əhmədovun ASC-də kar islahatları ilə də məşğul olduğu aldığımız bilgilər sırasındadır.
Təsadüfə oxşamır ki, adıçəkilən "cütlük" 13 ildən çoxdur ki, bir yerdə çalışırlar və bütün maxinasiya işlərini öz əllərində cəmləyərək kütləvi narazılıqlar yarada biliblər.
Rauf Əhmədovun məhkumluğunun olması və digər oyunbazlıqları görünür ASC rəhbərliyindən gizlədilməkdədir.
(mövzu diqqətimizdədir)
 
 
 
7News.Az

RƏYLƏR