Bakıda 3 yaşlı uşaq bıçaqlanıb? - TƏFƏRRÜAT

OXUNUB: 905 HADİSƏ

Bakıda bıçaqlandığı bildirilən 3 yaşlı uşağı başqa səbəbdən xəsarət aldığı məlum olub.

Üç yaşlı Ümid Cəbrayılovun anası Çiçək Cəbrayılova report-a açıqlamasında övladının üstünə çilçıraq (lüstur) düşdüyünü deyib: "Lüsturu yuyub paltar dolabının üstünə qoymuşdum. Ümid bacısı ilə oynayarkən dolaba toxunub. Nəticədə lüstur onun belinə düşüb. O, kürək nahiyəsindən xəsarət alıb".

Hazırda uşağın vəziyyəti sabit orta-ağırdır.

Qeyd edək ki, Ü.Cəbrayılovla bağlı məlumatın "bıçaqlanma" kimi getməsinə səbəb onun yerləşdirildiyi xəstəxananın "Qeydiyyat kitabçası"nda qeydlərin səhv aparılması olub.

İcmal.Az

RƏYLƏR