Bakıda 8 dəqiqə ərzində 3 qayda pozuntusu kameraya düşdü – VİDEO

OXUNUB: 832 SOSİAL

Sentyabrın 21-də 8 dəqiqə ərzində Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan bir neçə sürücü avtosfer.az-ın kamerasına düşüb.

İcmal.Az xəbər verir ki, belə ki, "Lexus GS 300" markalı 90-DA-099 qeydiyyat nişanlı avtomobilin sürücüsü Yasamal rayonu, Nazim Hikmət küçəsində 1.3 xəttinin tələbini pozaraq tam olaraq əks istiqamətdə yüksək sürətlə hərəkət edərkən qeydə alınıb.

Həmin tarixdə Mirəli Seyidov küçəsindən gələn "Opel Antara" markalı 90-ZN-634 qeydiyyat nişanlı avtomobilin xanım sürücüsü yolun əksi istiqamətində axına qarşı hərəkət edərək Nazim Hikmət küçəsinə daxil olaraq "ASAN xidmət" mərkəzi tərəfə getmək istəyib.

Bakının Mikayıl Müşviq küçəsiylə Parlament prospektinin kəsişməsində düzünə hərəkət təşkil olunnuş zolaqda hərəkət edən "Samand Soren" markalı 90-TN-381 qeydiyyat nişanlı avtomobilin sürücüsü düzünə hərəkət etmək əvəzinə sol zolaqdan birbaşa sağa dönərək bir neçə avtomobilə maneə yaradıb.

Ümid edirik ki, DYP əməkdaşları qeyd etdiyimiz sürücüləri aşkar edərək onları məsuliyyətə cəlb edəcək. Belələri qaydaları öyrənmədən və ya öyrənsə də, həmin qaydaları pozmağa davam etdiyi təqdirdə cəzasız qalmamalıdır.

 

İcmal.Az


Bakıda 8 dəqiqə ərzində 3 qayda pozuntusu kameraya düşdü

RƏYLƏR