Bakıda avtomobilin altında qalan 2 nəfər öldü

OXUNUB: 584 HADİSƏ

Bakıda avtomobilin vurduğu 2 piyada xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyindən İcmal.Az-a bildirilib ki, noyabrın 27-də Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Ramal Ağayev idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Pərviz Hüseynovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada noyabrın 28-də orada ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Bundan başqa cari il sentyabr ayının 27-də Nizami rayonunun Q.Qarayev prospektində Yardımlı rayon sakini Bəhruz Eyvazov idarə etdiyi "Saz” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Təranə Babaşovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada  noyabrın 28-də orada ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR