Bakıda baba dörd yaşlı nəvəsinin ölümünə səbəb oldu

OXUNUB: 808 HADİSƏ

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. 

Zığ qəsəbəsində Seyidov Məmməd Təvəkkül oğlu idarə etdiyi "Nissan X-Trail” markalı, 99 FT 314 dövlət qeydiyyat nişanlı avtoimobillə nəvəsi, 2013-cü ildə anadan olmuş Zalov İsrafil Səcəddin oğlunu vurub. 

Azyaşlı hadisə yerindəcə vəfat edib.

Bildirilir ki,  hadisə dünən saat 18:50 radələrində Məmməd Seyidov avtomaşınla işdən evə gələndə baş verib. Qapı açılandan sonra o, maşını həyətə salıb və bu zaman dörd yaşlı İsrafil ehtiyatsızlıqdan təkərin altında qalıb.

Faktla bağlı araşdırma aparılır./lent

 İcmal.Az


RƏYLƏR