Bakıda biabırçı mənzərə – dananı yük maşınının arxasına bağlayıb sürdü - VİDEO

OXUNUB: 596 SOSİAL
Bakıda günün günorta çağı biabırçı hadisə baş verib.

Hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Bu barədə "İnstagram" səhifəsində paylaşılıb.

Videodan da göründüyü kimi 10-LO-913 dövlət nömrə nişanlı yük maşınının arxasına dana bağlanıb. Sürücü sürətlə hərəkət edir. Heyvan isə əziyyətdə olan avtomobilin arxasından sürünür.

Məsələ ilə əlaqədar Dövlət Baytarlıq Xidmətilə əlaqə saxladıq. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yolçu Xanvəli BAKU.WS-ə açıqlamasında bildirdi ki, bu məsələ İnzibati Xətalar məcəlləsinin 290-cı maddəsi ilə "Heyvanları saxlanması, daşınması qaydalarının" pozulması qaydası ilə tənzimlənir.

Qanuna uyğun olaraq, fiziki şəxslər minimum 200 manat cərimə, əgər bu hal təkrarlanarsa, 300 manat cərimə edilir.


 

İcmal.Az

RƏYLƏR