Bakının Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.
İcmal.Az FHN-nin saytına istinadən xəbərinə görə, binanın pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 10 ədəd sayğac yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdən 14 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxlıyyə olunub.
Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub.
İcmal.Az