Bakıda bütün kassanı boşaldan oğru kameraya düşdü – VİDEO

OXUNUB: 766 HADİSƏ

Bakının Badamdar qəsəbəsində mağazada oğurluq hadisəsi baş verib. 

İcmal.az baku.ws-ə istinadən xəbər verir ki, hadisə 24.07.2017-ci il tarixində qeydə alınıb. Mağazanın kassasından günün günorta vaxtı işçi heyətinin başının qarışıq olduğundan istifadə edən oğru xeyli pul oğurlayıb.

Mağaza sahibi Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət edib. Lazım olan video və fotoşəkillər hüquq mühafizə orqanlarına təqdim edilib. Hadisədən bir aydan çox vaxt ötməsinə baxmayaraq, oğrunu tapmaq mümkün olmayıb.

 

İcmal.Az

RƏYLƏR