Bakıda çayxanada kütləvi dava: Bir-birlərini qana boyadılar - ARAŞDIRMA APARILIR

OXUNUB: 686 HADİSƏ
Bakının Yasamal rayonunda iki nəfərin bıçaqlanması ilə nəticələnən kütləvi dava olub.

İcmal.Az yerli KİV-ə istinadən bildirir ki, hadisə 2-ci Alatava ərazisində yerləşən çayxanalardan birində qeydə alınıb. 6 nəfər arasında dava düşüb.

Nəticədə 57 yaşlı Alıyev Alı Yadullah oğluna iki, 32 yaşlı Məmmədov Qədir Vilayət oğluna isə bir bıçaq zərbəsi vurulub. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, A.Alıyevin vəziyyəti ağırdır.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
 
İcmal.Az

RƏYLƏR