Bakıda dilənçini döyüb xəstəxanalıq etdilər

OXUNUB: 957 HADİSƏ

Bakının Suraxanı rayonu ərazisində döyülmə hadisəsi baş verib.

Heydər parkı yaxınlığında dilənçiliklə məşğul olan 2001-ci il təvəllüdlü Salmanov Sabir Qəhrəman oğlu bir qrup şəxs tərəfindən döyülərək xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib.

Zərərçəkmiş ilkin ifadə zamanı bildirib ki, o, park yaxınlığında fəaliyyət göstərən kafenin 6 əməkdaşı tərəfindən döyülüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır./report

 İcmal.Az


RƏYLƏR