Bakıda əxlaqsızlıq yuvası təşkil edib, Türkiyəyə aparan bacılar tutuldu - FOTO

OXUNUB: 822 HADİSƏ
Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunaraq həbs edilən 1982-ci il təvəllüdlü Fidan Babayeva həbs edilib.

İcmal.Az teleqraf.com-a istinadən xəbər verir ki, Bakı şəhər sakini Fidan Babayeva Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Məlum olub ki, Fidan Babayeva bir neçə qadını Türkiyəyə apararaq cinsi istismara məruz qoyub. O bu əməlləri 2006-2008-cı illərdə törədib.

Türkiyədə qayıdan zərərçəkmiş qadınlar Baş idarəyə şikayət edib.

Şikayət əsasında 2009-cu ildən Fidan Babayevanın barəsində İnterpol kanalları vasitəsi ilə axtarış elan edilib.

Bu günlərdə həmin xətt üzrə Fidan Babayeva həbs edilib.

İstintaq orqanı tərəfindən Fidan Babayevanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) və 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.

Istintaq orqanı tərəfindən Fidan Babayevanın barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Nərimanov rayon Məhkəməsinə təqdimat verilib.

Hakim Rəşad Abdulovun sədrliyi ilə baş tutan prosesdə istintaq orqanını təqdimatı təmin edilib.

Fidan Babayevanın barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bakıda əxlaqsızlıq yuvası təşkil edib, Türkiyəyə aparan bacılar tutuldu - FOTO
 

İcmal.Az

RƏYLƏR