Bakıda hər kəs bu yol polislərinin nümunəvi addımından danışır - VƏTƏNDAŞI BELƏ XİLAS ETDİLƏR

OXUNUB: 1168 Özəl HADİSƏ

7NEWS.az xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsində maraqlı hadisə yaşanıb. Belə ki, təcili xəstəxanaya çatdırılmalı olan vətəndaş yolda çətin anlarla qarşılaşıb. Bu an hadisəyə müdaxilə edən yol polisi əməkdaşları vətəndaşın avtomobilini nəzarətə götürərək müşaiyət altında onları təcili xəstəxanaya çatdırıblar. Polislərin kömək etdiyi vətəndaş öz təşəkküründə kövrək məqamlara toxunub: "Əgər o polislər olmasaydı biz gecikəcəkdik. Həkimlər deyir ki, 10 dəqiqə geciksəydiniz çox böyük faciə yaşana bilərdi. Mən bu polis əməkdaşlarına sonsuz təşəkkür edirəm. Allah Sizin kimi polislərimizin sayını çox eləsin"

Saytımızın bu qəhrəman polislərin kimliyini müəyyən etməyi bacarıb. Bir insanı həyatını xilas edən bu gənclər- Mirzəyev Vasif Mirqalib oğlu və Alıyev Ramin Aydın oğlu imiş. Onların hər ikisi Baş Dövlət Yol Patrux Xidmətnin əməkdaşları, polis baş serjantlarıdırlar.


RƏYLƏR