Bakıda itən 25 yaşlı qızdan XƏBƏR VAR - YENİLƏNİB

OXUNUB: 1019 SOSİAL

Bakıda yoxa çıxdığı deyilən gənc qız tapılıb.

İcmal.Az bildirir ki, bu barədə məlumatı qafqazinfo-ya Lənkəran rayon Təhsil Şöbəsinin müdiri Şəhanə Əhmədova verib.

O bildirib ki, Şəbnəm Abbasova imtahana gedən zaman yolda yıxılıb, ayağı zədələnib: 

"Mən atası ilə əlaqə saxladım, evindədir və itkin düşməsi ilə bağlı bir məlumat yoxdur. Ayağı zədələndiyi üçün müsahibədə iştirak edə bilməyib".

Xatırladaq ki, Lənkəran sakini, 1992-ci il təvəllüdlü Şəbnəm Nazim qızı Abbasovanın itkin düşməsi barədə polisə məlumat daxil olub.

Ş. Abbasova müəllimlərin işə qəbulu üzrə müsahibədə iştirak etmək üçün avqustun 24-də Bakı şəhərinə gəlib və həmin gündən yoxa çıxdığı bildirilmişdi.

 

İcmal.Az

RƏYLƏR