"Bakıda keçirilən İslamiada idman tarixinə düşəcək"

OXUNUB: 900 İDMAN
"Biz çox çalışmışdıq və şadam ki, əməyimiz mükafatla təltif olundu".

İcmal.Az xəbər verir ki, bunu Trend-ə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanmış ağır atlet Elnarə Abbasova deyib.

O deyib: "Uğur əldə etməyimə imkan yaratmış hər kəs - anam, məşqçilər, Federasiya rəhbərliyi qarşısında baş əyirəm. İslamiadanın Bakıda keçirilməsi, möhtəşəm açılış, təşkilatın yüksək səviyyəsi, bütün bunlar idman tarixinə düşəcək".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
 
İcmal.Az

RƏYLƏR