Bakıda kütləvi dava olub: xəsarət alan var

OXUNUB: 773 HADİSƏ

Bakıda 50 yaşlı kişi döyülərək xəsarət alıb.

Hadisə Səbail rayonunda qeydə alınıb.

Belə ki, Bayıl qəsəbəsi, Aydın Məmmədov küçəsində 50 yaşlı Xəlilov Vüqar Əliheydər oğlu tanışları ilə mübahisə edib. Mübahisə davayla nəticələnib.

 

Nəticədə V.Xəlilov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəisinin 8-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib, araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR