Bakıda maşın nişanlı gəncləri vurdu - Foto

OXUNUB: 517 HADİSƏ

Bakıda - "Gənclik Mall" ticarət mərkəzi ilə üzbəüz olan avtobus dayanacağının yanında minik avtomobili yoldan səkiyə çıxıb.

İcmal.Az xəbər verir ki, avtomobil səki ilə gedən 22 yaşlı qızla 23 yaşlı oğlanı vurub. Onların nişanlı olduğu bildirilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hadisə ilə bağlı təcili yardıma çağırış saat 18.37 də daxil olub. Qıza ilkin diaqnoz kimi sol bazunun travması, oğlana alının kəsilmiş yarası qoyulub:

"Hadisə yerində olan həkim briqadasının bildirdiyinə görə, onların həyatları üçün təhlükə yoxdur".

Bakıda maşın nişanlı gəncləri vurdu - Foto

RƏYLƏR