Bakıda Mikayıl Müşfiqin abidəsi aşırdılıb, RİH "yararsız idi" deyir - VİDEO

OXUNUB: 626 HADİSƏ

Bakı şəhəri, Qaradağ rayonu, Müşfiq qəsəbəsində şair Mikayıl Müşfiqin abidəsi aşırdılıb.

 

Qaradağ Rayon İcra Hakimiyyətinin (RİH) İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov açıqlamasında deyib ki, Mikayıl Müşfiqin abidəsi yenisi ilə əvəzlənib.

 

O bildirib ki, əvvəlki abidə yararsız halda olub: "Yararsız abidə hörmətli şairimizin adına layiq deyildi. Ona görə də həmin abidə götürülüb, mərmərdən abidə qoyulub, ətrafı da abadlaşdırılıb”.

 

Şöbə müdiri abidənin ekskavatorla aşırdılmasına da münasibət bildirib: "Abidənin içi boş olduğundan başqa cür götürmək mümkün deyildi, dağılacaqdı. Həmin abidəni başqa yerə aparmaq da mümkün deyildi”.(Report.az)

RƏYLƏR