Bakının Xəzər rayonunda motosiklet piyadanı vuraraq öldürüb.
Hadisə Bilgəh qəsəbəsindən Buzovnaya gedən yolda baş verib.
Otuz üç yaşlı Şabanov Zamiq Vadim oğlu idarə etdiyi motosikletlə yolu keçmək istəyən ad-soyadı hələlik məlum olmayan 50-55 yaşlı qadını vurub. Qadın xəstəxanaya aparılarkən yolda ölüb. Motosikletin sürücüsü Z.Şabanov ağır bədən xəsarətləri alaraq 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb./report
İcmal.Az