Bakıda NATO tərəfdaşları ilə görüş keçirilir - FOTO

OXUNUB: 709 SİYASƏT

NATO ilə əməkdaşlıq çərçivəsində Bakıda ilk dəfə tərəfdaşların arxa cəbhə ekspertlərinin daimi qrupu ilə hərəkət və nəqliyyat, dayanıqlı planlaşdırılma və hərəkət sərbəstliyi mövzularında görüşü keçirilir.

Müdafiə Nazirliyindən İcmal.Az-a verilən məlumata görə, mayın 18-dək davam edəcək tədbirdə 13 ölkədən 24 nümayəndə iştirak edir.

Ekspert qrupunun əsas məqsədi NATO əməliyyatlarına töhfə verən tərəfdaş ölkələrin maddi-texniki təminat bölmələrinin imkanlarını müəyyənləşdirərək səmərəli istifadəsi üçün inkişafetdirmə yollarını tapmaqdır.

 

İcmal.Az

RƏYLƏR