Bakıda orta yaşlı kişi binanın eyvanından yerə yıxılıb

OXUNUB: 701 HADİSƏ

 Bakının Qaradağ rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

 1978-ci il təvəllüdlü Əhmədov Gündüz Əmirxan oğlu Lökbatan qəsəbəsində yaşadığı binanın ikinci mərtəbəsinin eyvanından yerə yıxılıb.

O, bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR