Bakıda partlayış baş verib

OXUNUB: 1180 SOSİAL

Paytaxtın Xətai rayonunun Səməd bəy Mehmandarov küçəsi 122-128 ünvanında partlayış baş verib.

 Qeyd olunan ünvanda yerləşən binanın həyətində otlaq sahəsi yanıb.

Binanın birinci mərtəbəsində yaşayan sakinlər Yüzbəkov Səid Rəşid oğlu və Həsənova Mehriban Kamal qızı yanğını söndürməyə çalışıblar. Bu zaman naməlum səbəbdən partlayış baş verib. Hər iki şəxs xəsarət alıblar. Vəziyyətləri ağırdır.

Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gəliblər. Onlar partlayışın nə səbəbdən baş verdiyini dəqiqləşdirmək üçün araşdırma aparırlar./report

 

İcmal.Az

RƏYLƏR