Bakıda pedofil saxlanıldı

OXUNUB: 984 HADİSƏ

Bakının Qaradağ rayonunda aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlı uşağa təcavüz edən pedofil saxlanıldı. 

İcmal.Az xəbər verir ki, bu barədə Sputnik Azərbaycana hüquq-mühafizə orqanlarından bildiriblər. Saxlanılan Sahil qəsəbəsinin vətəndaşı 1988-ci il təvəllüdlü Teymur Məmmədova (ad və soyad dəyişdirilib) AR CM 150.4 maddəsi üzrə cinayət işi açılıb.  

Məlumata görə, 38-ci polis bölməsinə Sahil qəsəbəsinin 73 yaşlı sakini müraciət edib və bildirib ki, onun on yaşlı nəvəsinə seksual xarakterli zorakılıq hərəkətləri edilib. Amma zərərçəkənlər cinayəti kimin törətdiyini bilmirdilər.

Şübhəli şəxs əməliyyatçılar tərəfindən saxlanılıb. Hazırda fakt üzrə istintaq davam edir. 

İcmal.Az

RƏYLƏR