Bakıda qadın 3-cü mərtəbədən yerə yıxıldı

OXUNUB: 587 HADİSƏ

Paytaxtın Nərimanov rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

İcmal.Az report-a istinadən xəbər verir ki, 1972-ci il təvəllüdlü Sadıqov Aynur Əkrəm qızı İ.Yusifov küçəsində yaşadığı mənzilin eyvanında ikən ehtiyatsızlıqdan yerə yıxılıb.

Nəticədə o, ağır kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

İcmal.Az

RƏYLƏR