Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqlliyyat hadisəsi baş verib.
Bakıxanov qəsəbəsindəki parkın yaxınlığında yolu keçmək istəyən 81 yaşlı Tedorova Roza Uzirilovna minik avtomobili vurub.
Qadın çoxsaylı sınıq xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti stabil-ağır kimi qiymətləndirilir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları yol-nəqliyyat hadisəsini törədən sürücünü saxlayıb./report
İcmal.Az