Bakıda sürücü gənc qızı vuraraq hadisə yerindən qaçdı

OXUNUB: 528 HADİSƏ

Bakıda gənc qızı vuran avtomobil sürücüsü hadisə yerindən qaçıb.

İcmal.Az "Report"a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.

Binə qəsəbəsində yolu keçmək istəyən 1997-ci il təvəllüdlü Dadaşova Zəhranı "Jeep" markalı avtomobil vurub. Z.Dadaşova hadisə zamanı ağır kəllə-beyin travması alıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb. O, faktla bağlı axtarışdadır.

 

İcmal.Az

RƏYLƏR