Bakıda taksilərin qiyməti bahalaşıb.
Şəhərətrafı qəsəbələrə işləyən taksilər dünənə kimi bir sərnişini 1 AZN-ə aparırdılarsa, bu gün səhər saatlarından etibarən qiyməti qaldırıblar. Belə ki, bu gündən sözügedən taksilərin sürücüləri bir sərnişin üçün 1,5-2 AZN daşıma qiyməti müəyyən edib.
Qeyd edək ki, taksilərin qiymətinin qalxmasına səbəb, "Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinin qalxaraq 1 litr üçün 90 qəpik olmasıdır./mətbuat
İcmal.Az