Bakıda travmatoloq sükan arxasında vəfat edib

OXUNUB: 710 HADİSƏ

Azərbaycanda həkim sükan arxasında vəfat edib.

Hadisə ötən gecə Bakı şəhərində baş verib.

Belə ki, 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko”) travmatoloqu, Azərbaycan Tibb Universitetinin (ATU) müəllimi və ATU-nun İkinci Müalicə-profilaktika fakültəsinin  Həmkarlar İttifaqının sədri, 50 yaşlı Fikrət Vəliyev avtomobilini idarə edərkən qəfil qıcolma keçirib. O, avtomobilində dünyasını dəyişib. F.Vəliyevin ölümünün dəqiq səbəblərinin öyrənilməsi üçün meyiti ekspertlər tərəfindən müayinə olunub./report

İcmal.Az

RƏYLƏR