Bakıda xüsusi ekspress avtobus xətti açıldı

OXUNUB: 935 SOSİAL
IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Bakı şəhəri Xəzər rayonunun Şüvəlan qəsəbsəində yerləşən "Azal Arena”da keçirilən futbol yarışlarını izləmək istəyən tamaşaçılar, könüllülər və digər şəxslərin rahat daşınmasını təmin etmək üçün bu gündən etibarən xüsusi ekspress xətt fəaliyyətə başlayıb.


Bakı Nəqliyyat Agentliyindən İcmal.Az-a verilən məlumata görə, bu xətt üzrə avtobuslar metronun "Koroğlu" stansiyasının qarşısından "Azal Arena”ya, eləcə də əks istiqamətdə hərəkət edir. Bu məqsədlə 15 nəqliyyat vasitəsi ayrılıb.

Həmçinin,  mayın 11-nə keçirilən idman yarışları ilə əlaqədar Bakı Kristal Zalı, "Bayıl Arena” və Sərhədçi Olimpiya İdman Kompleksi istiqamətindən hərəkət edən marşrut xətləri üzrə nəqliyyat vasitələrinin sayı artılıb.
 
İcmal.Az

RƏYLƏR