Bakıda yaşayış binasında baş vermiş yanğın zamanı 7 nəfər tüstüdən zəhərlənib - FOTO - YENİLƏNİB-2

OXUNUB: 673 HADİSƏ

Bakının Xətai rayonunda, Mehdi Mehdizadə küçəsində, yeni inşa edilən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı ümumilikdə 7 nəfər tüstüdən zəhərlənib. 

Zəhərlənənlərin 5-ə ambulator yardım göstərilib. 

Onlardan 3-ü azyaşlı, 2-i isə gəncdir. Orta yaşlı digər 2 nəfər isə Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Onlar arasında binanın komendantı da var. 


***22:07

Bakının Xətari rayonunda, Mehdi Mehdizadə küçəsində, yeni inşa edilən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın lokallaşdırılıb.

Hadisə zamanı sakinlər arasında xəsarət alan olmayıb. Hadisəyə səbəb binanın şaxtasında, ellektrik nazillərində yaranmış qısaqapanma olub.


***21:40

Bakıda yaşayış binasında yanğın olub.

Hadisə Xətari rayonunda, Mehdi Mehdizadə küçəsində, yeni inşa edilən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb.

Belə ki, binanın şaxtasında tüstü ilə müşahidə olunan yanğın hadisəsi baş verib. Tüstüdən zəhərlənmə hadisəsinin baş verməməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub və 30 sakin təxliyə edilib. Hazırda əraziyə 8 yanğınsöndürmə və 4 təcili yardım maşını gəlib. /report

 

İcmal.Az


RƏYLƏR