Bakıdakı məhşur barda iş adamının cangüdəni ölümcül hala salındı

OXUNUB: 1160 HADİSƏ
Bakının məhşur barlarından birində iş adamının cangüdəni ölümcül hala salınıb. 

İcmal.Az-ın criminal.az-a istinadən məlumatına görə, 22 yaşlı Mahir Əhmədov ötən gecə Yasamal rayonu, İzmir küçəsində yerləşən "Solfeggio Lounge and Bar"da möhkəm döyülüb. O, ağır xəsarətlə 1 saylı Şəhər Xəstəxanasına yerləşdirilib. 

Davanın hansı səbəbdən baş verməsi məlum deyil. Yasamal rayon Polis İdarəsinin 27-ci bölməsində araşdırma aparılır. 

Criminal.az-ın əldə etdiyi məlumata görə, M.Əhmədov zəngin iş adamının cangüdənidir. 
 
İcmal.Az

RƏYLƏR