Bakının mərkəzindəki bazarda faciə

OXUNUB: 850 HADİSƏ

Bakının mərkəzindəki bazarlardan birində ölüm hadisəsi baş verib.

Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən "Təzə Bazar”da 1960-cı il təvəllüdlü Nurəliyev Allahverdi Feyruz oğlu qəfil yıxılıb. Hadisə yerinə təcili tibbi yardım briqadası gəlsə də, artıq gec olub və o, vəfat edib.

İlkin məlumata görə, 57 yaşlı kişi ürək tutmasından keçinib.

Araşdırma aparılır./lent

 İCMAL.AZ


RƏYLƏR