Bankir Emin Zeynalov haqqında yayılan məlumatı təkzib etdi

OXUNUB: 739 İQTİSADİYYAT

"Günaybank”ın sabiq sədr müavini Emin Zeynalov haqqında yayılan əsassız xəbərlərlə bağlı hüquq-muhafizə orqanına müraciət edib.

O qeyd edib ki, haqqında yayılan əsassız xəbərlərlə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkillik Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) müraciət edib.

Xatırladaq ki, ötən gün mətbuatda E.Zeynalovun çalışdığı bankdan 100 milyon manat götürərək xaricə qaçması barədə məlumat yayılmışdı. Amma "Günaybank" və Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bu məlumatı təkzib etmişdilər.

E.Zeynalov bildirib ki, haqqında yayılan məlumatlar həqiqətə uyğun deyil və heç bir əsası yoxdur: 

"Mən Bakıda olmuşam, heç bir xarici ölkəyə getməmişəm, indi də Bakıdayam. Sadəcə, bankdan kənarda biznes partnyorlarım arasında borc problemi olub”./oxu

İcmal.Az

RƏYLƏR