Biləsuvarda kanaldan tapılan meyitin kimliyi dəqiqləşdi - RƏSMİ - YENİLƏNİB

OXUNUB: 765 HADİSƏ

Biləsuvar rayonunun Səmədabad kəndi ərazisində kanalda tapılan cəsədin avqustun 5-də İmişli rayonu, Çaxırlı kəndində kanalda batdığı ehtimal edilən 1992-ci il təvəllüdlü Nağıyev Elvin Oqtay oğluna məxsus olması müəyyənləşdirilib.

 

İcmal.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, bu barədə nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumatda bildirilir.

***

 

13:34

 

Biləsuvarda kanaldan meyit tapılıb. İcmal.Az FHN-ə istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Biləsuvar rayonu ərazisində kanalda insan cəsədi aşkarlanıb.

 

Cəsədin 05.08.2017-ci il tarixində İmişli rayonu, Çaxırlı kəndində kanalda çimərkən batdığı ehtimal edilən 1992-ci il təvəllüdlü Nağıyev Elvin Oqtay oğluna məxsus olduğu ehtimal edilir. Əlavə məlumat veriləcək.

 

 

İcmal.Az

RƏYLƏR